Mətbuat Şurası təzyiq faktını pisləyir

Mətbuat Şurası təzyiq faktını pisləyir

17 İyun 2011 18:04
Bəyəndim (0) Bəyənmədim (0)
M.Ş. DİN-ə müraciət ünvanladı

Azərbaycan Mətbuat şurasından Oxumeni.az-a verilən məlumata görə, M.Ş. iyunun 15-də Bakıda ABŞ jurnalisti Amanda Eriksona və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silya Devisə naməlum şəxslər tərəfindən fiziki təzyiq göstərilməsini pisləyir və hadisədən ciddi narahatlığını bildirir. Bu fikir qurumun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətdə vurğulanıb.

Müraciətdə bildirilir ki, A.Erikson və S.Devisin ölkəmizdəki fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A.Erikson həmçinin ABŞ-ın nüfuzlu "Vaşinqton post" və "Nyu-york tayms" qəzetləri ilə də əməkdaşlıq edir. "Mətbuat Şurası hər iki şəxsə qarşı təzyiq faktını pisləyir, bunu ölkəmiz barədə mənfi rəy yaratmağa yönələn təxribat xarakterli əməl kimi dəyərləndirir".
Məktubda həmçinin hadisəni törədənlərin tezliklə tapılaraq qanuna müvafiq surətdə məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.

Azad söz sahiblərini azad ölkənin söz sahibləri qorudular...

Hafiz Əhmədov

O.M.