Suriyada etiraz aksiyaları daha da genişlənib

Suriyada etiraz aksiyaları daha da genişlənib

17 İyun 2011 17:52
696
Bəyəndim (0) Bəyənmədim (0)

Suriyanın Homs, Hama, Dəraa, Dər əl-Zur və digər şəhərlərində kütləvi anti-hökumət nümayişləri keçirilir. Etiraz aksiyaları cümə namazından sonra başlayıb. Homs və Latakiya şəhərlərində təhlükəsizlik qüvvələrinin nümayişə müdaxilə etdiyi və artilleriya atəşi səsinin eşidildiyi bildirilir.

Yayılan məlumatlara görə, bu səhər Suriyanın şimalındakı Maarat ən-Numan şəhərinə çox sayda hərbi qüvvə yeridilib. Hərbçilərin şəhərə nəzarəti tamamilə öz üzərinə götürdüyü bildirilir. Bəzi mənbələrə görə, hərbçilər ölkənin şimalındakı İdlib əyalətinin kənd və şəhərlərini gəzərək yaşı 16-dan yuxarı bütün kişiləri həbs ediblər.

İdlib əyalətində bir dənə də olsun "başıpapaqlı" qalmayıb.

Tofiq Əliyev

O.M.