Tripoliyə yeni avia-zərbələr endirilib

Tripoliyə yeni avia-zərbələr endirilib

17 İyun 2011 17:34
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya paytaxtı Tripoli yenidən NATO-nun avia-zərbələrinə məruz qalıb. Baş verən iki güclü partlayışdan səmaya qara tüstü yayılıb. Şəhərdə döyüş təyyarələrinin səsi eşidilib. İnsan itkisi barədə məlumat yoxdur.

Avia-zərbələrdən birinin hədəfi Tripolinin mərkəzindəki Bab-əl-Əziziyyə məhəlləsi olub. Burada Liviya lideri Müəmmər Qəddafinin iqamətgahı yerləşir. Həmin əraziyə ötən gecə və bu səhər də bir neçə avia-zərbə endirilib.

NATO Qəddafinin qəddini hələ də bükə bilmir.

Tofiq Əliyev

O.M.