Ermənistanda təhlükəli infeksiya

Ermənistanda təhlükəli infeksiya

17 İyun 2011 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda iki gənc qadında təhlükəli infeksiya hesab olunan tulyaremiya aşkar edilib. İnfeksiya ilə bağlı xəstəxanaya yerləşdirilən qadınlardan birinin vəziyyəti qənaətbəxşdir, o artıq xəstəxananı tərk edib. Lakin digər qadın isə hələlik müalicəsini davam etdirir. Məlumata görə, eyni vaxtda infeksiyaya yoluxan qadınların bir-birilə heç bir əlaqəsi yoxdur. Təhlükəli infeksiyanın yoluxma mənbəyi məlum deyil. Tulyaremiya insana əsasən xəstə heyvandan keçir. Xəstəliyin xarakterik əlaməti limfa düyünlərinin şişməsidir. Bu xəstəlikdə ölüm faizi aşağı olsa da, xəstəlik kifayət qədər ağır keçir. Lakin xəstəlik yoluxucu deyil, yəni insandan insana keçmir.

Bütün ermənilərin yeri məlum.

Tofiq Əliyev

O.M.