Orduda 2 ölüm hadisəsi baş verib

Orduda 2 ölüm hadisəsi baş verib

17 İyun 2011 16:36
812
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinə daxil olan hərbi hissələrdə iki ölüm hadisəsi baş verib. Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə əsgər Bəşirov Mərdan Arif oğlu SVD silahından (snayper) açdığı atəş nəticəsində əsgər Əlizadə Vüsal İlqar oğlunu qətlə yetirib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Digər hadisə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissədə baş verib. Kiçik çavuş Muradov Kənan Etiqad oğlu dövlət nişanı olmayan motosikletlə gedərkən Ağstafa- Sadıxlı yolunda idarəetməni itirərək, onu aşırıb. Hərbçi hadisə yerində həlak olub.

Hər iki hadisənin iyunun 16-da baş verdiyi bildirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev hər iki faktı təsdiqləyib. Onun sözlərinə görə, hər iki fakt üzrə araşdırma aparılır.

Düşmən isə uzaqda deyil, üzbəüz dayanıb...

Tofiq Əliyev

O.M.