İyunun 20-də Bakı bulvarında bütün atraksionlar pulsuz olacaq

İyunun 20-də Bakı bulvarında bütün atraksionlar pulsuz olacaq

17 İyun 2011 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun verdiyi məlumata görə, iyunun 20-də yenə də Milli Parkda bütün atraksionlar pulsuz olacaq. "Uşaqlar yay mövsümündə, tətil ərəfəsində Dənizkənarı Bulvar ərazisinə daha çox gəlirlər. Qərara gəlmişik ki, yay mövsümündə ayda bir dəfə belə aksiya keçirək. Məlumat üçün bildirmək istəyirəm ki, iyunun 20-də səhər saat 9-dan günorta saat 12-yə qədər Bulvar ərazisində fəaliyyət göstərən bütün atraksionlar uşaqların istifadəsinə pulsuz veriləcək", deyə Nazim Məcidov vurğulayıb.

Nazim Məcidovun sözlərinə görə, növbələrin, nizamsızlığın bir daha təkrarlanmaması üçün kassalarda pulsuz biletlər paylanacaq: "Keçən dəfə keçirtdiyimiz aksiya göstərdi ki, problemlər yarana bilər. Bu dəfə əhalidə narazılıq yaranmasın, növbədə səliqə olsun deyə kassalara tapşırılıb ki, bütün müraciət edənlərə pulsuz biletlər verilsin. Yaxşı olar ki, hər uşaq hər atraksiondan 1 dəfə istifadə etsin. Bu zaman bütün uşaqlar əylənə bilər".

Hər dəfə uşaq kimi başımızı aldadırlar...

Tofiq Əliyev

O.M.