Cəlilabadda 3 azyaşlı boğularaq ölüb

Cəlilabadda 3 azyaşlı boğularaq ölüb

17 İyun 2011 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Cəlilabad rayonunda iki ailəyə birdən yas düşüb. Yeni Yaşayış massivində yaşayan 3 azyaşlı uşaq rayonun kənarındakı Mişarçay üzərindəki süni göldə çimərkən boğularaq ölüb. Uşaqların hər üçü rayondakı güləş məktəbində məşqlərdə iştirak etdikdən sonra adıçəkilən gölə gediblər. Amma üzə bilmədiklərindən məlum bədbəxt hadisə baş verib. Göldə çimən digər uşaqlar onlardan ikisinin meyitini sudan çıxarmağa müvəffəq olublar. Digərinin meyitini isə tapa bilməyiblər. Bundan sonra hadisə yerinə gələn rayon hüquq-mühafizə orqanlarının əməkdaşları Fövqəladə Hallar Nazirliyinin Lənkəranda yerləşən Cənub Regional İdarəsinə müraciət ediblər. Köməyə gələn dalğıclar üçüncü uşağın da meyitini taparaq sudan çıxarıblar. Bunlar 13 yaşlı Emin Əkrəm oğlu Alişanlı, 13 yaşlı Asif İlqar oğlu Zahidov və 10 yaşlı qardaşı Maqsud İlqar oğlu Zahidovdur.

Təəssüf ki, həyatın acı sürprizi gələcək güləşçilərin kürəyini yerə vurdu...

Günel Həbib

O.M.