Qatarlarımız 140 km/saat sürətlə irəliləyəcək

Qatarlarımız 140 km/saat sürətlə irəliləyəcək

17 İyun 2011 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenidən qurulması üç il davam edəcək və 2014-cü ildə başa çatacaq. Bu layihə üzrə işlərə iyun ayında başlanılıb. Artıq Ağstafa-Tatlı mənzilində ilk 1 km yol qoyulub. Bundan sonra hər həftə yolun 2-3 km-lik hissəsi yenidən qurulacaq. Təmir işləri eyni vaxtda yolun müxtəlif yerlərində aparılacaq. Ümumiyyətlə 317 km-lik yolun əsaslı təmiri üç il müddətinə planlaşdırılır. Artıq 2014-cü ildə işlər tam başa çatdırılmalıdır.

Yenidənqurma işləri nəticəsində dəmir yolunda qatarların maksimal sürəti 140 km/saata qədər çoxalacaq. Amma orta sürət 100-120 km/saata çatdırılacaq. Qeyd edək ki, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenidən qurulması işləri müvafiq "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" adlı dövlət proqramı çərçivəsində həyata keçirilir. Proqram dəmir yolunun yenidən qurulması ilə yanaşı lokomotiv parkının yeniləşdirilməsi, rabitə işarəvermə və enerji sisteminin yenidən qurulmasını nəzərdə tutur.

Sürət qatarlara deyil, inkişafa lazımdır.

Günel Həbib

O.M.