Nyu-Yorkda eyni cinsli insanların evlənmələrinə icazə verildi

Nyu-Yorkda eyni cinsli insanların evlənmələrinə icazə verildi

17 İyun 2011 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-York Əyalət Məclisi eyni cinsli insanların nikaha girməsinə izn verən qanun qəbul edib. Ötən çərşənbə axşamı günü məclisə vali Adryu Kouma tərəfindən təqdim edilən qanun əksəriyyəti Demokrat partiyasından ibarət olan millət vəkilləri tərəfindən qəbul edilib. "Marriage Equality Act" (Evlilik Bərabərliyi Qanunu) 63 səsə qarşı 80 səslə qalib gəlib. Və burada eyni cinslilərin qanunla nəzərdə tutulmuş qaydada evlənmələrinə icazə verilib. Bu qanun indi də mühafizəkarların ixtiyarına veriləcək. Ümumilikdə 32 demokratdan ibarət olan məclis 2009-cu ildə bu qanunun qəbulunu rədd etmişdi.

Kişilər "kişi kimi" ərə gedəcəklər.

Günel Həbib

O.M.