Evdən qaçırtdılar, zorladılar, kimyəvi turşu ilə yandırdılar

Evdən qaçırtdılar, zorladılar, kimyəvi turşu ilə yandırdılar

17 İyun 2011 12:35
Bəyəndim (0) Bəyənmədim (0)
Suriyadan insanlıqdan uzaq xəbər

Suriyadan qaçanlar əsgərlərin qadınlara hücum etdiklərini söyləyirlər. Ölkədə Bəşər Əsədə bağlı qüvvələr dəhşət saçmağa davam edərkən bu müharibənin qurbanına qadınlar çevrilirlər. Türkiyənin Hatay bölgəsinə sığınan miqrantlar "The Times" qəzetinə müsahibə veriblər. Onların sözlərinə görə, Suriyadakı qadınlar əsgərlər tərəfindən dəfələrlə zorlanır, döyülür, işgəncəyə məruz qalırlar. Hətta onlardan birinin gözü çıxarılıb, digərinin isə sinəsi kəsilib. Qadınları qəddarların əlindən qurtarmaq istəyən kişilərin üzünə isə kimyəvi turşu tökülürmüş. Hətta bəzi qadınları şüşələrlə zorladıqdan sonra onların boğazlarını belə kəsən əsgərlər var imiş. Bundan başqa, Əsədin əsgərləri bununla da məhdudlaşmayıblar. Onlar evləri və tarlaları yandırır, qarşılarına çıxan heyvanları öldürürlər. "İndependent" qəzetinin xəbərinə görə, artıq xalq da əsgərlərə qarşı silahlanmağa başlayıb.

Qadınlar zəif məxluqdur. Onlara əl qaldıranlar isə ondan da zəifdir.

Günel Həbib

O.M.