"Facebook" və "Twitter" öldürür?

"Facebook" və "Twitter" öldürür?

17 İyun 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)
Rus mütəxəssisi açıqlayır

Rusiyalı professor Sergey Boytsov gənc yaşlarda artan ürək-damar xəstəliklərinin bir səbəbi kimi "Facebook" və "Twitter"i göstərib. "Kommersant" qəzetinə müsahibə verən elm adamı, "Getdikcə bu xəstəliklər artıq gəncləri də caynağına almağa başlayır. Qadın və kişilər gənc yaşlarında kökəlirlər, siqaretə üz tuturlar, beyinlərində qan sızma müşahidə olunur və ya ürəklərindən şikayətlənirlər. Bütün bunlara dəvətnamə verən isə "fast-food" kimi yeməklərdir. Dadlı, eyni zamanda da zərərli olan "fast-food"u "Facebook" və ya "Twitter"də bir-biri ilə əlaqə yaradanlar daha geniş şəkildə istehlak edirlər. Nəticədə də onların sağlamlığında böyük problem meydana çıxır", - deyə bildirib.

Bədənin ömür boyunca gəzdirdiyin yükdür. O nə qədər ağırdısa, səfərin də bir o qədər qısa olur.

Günel Həbib

O.M.