Paytaxtda ağır yol qəzası baş verib

Paytaxtda ağır yol qəzası baş verib

17 İyun 2011 11:31
786
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın R. Behbudov küçəsində ağır yol qəzası baş verib. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Elməddin Məcidovun idarə etdiyi "Mersedes" markalı avtomobillə Fuad Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə F. Əliyev Kliniki Tibbi Mərkəzə çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. E. Məcidov və "VAZ- 2106"nın sərnişinləri Ramil Əliyev və Nicat Əliyev xəstəxanaya yerləşdiriliblər. Hadisənin baş vermə səbəbi polis tərəfindən araşdırılır.

Yüksək sürət hərdən ölümü də sürətləndirir.

Tofiq Əliyev

O.M.