FEMEN təşkilatı növbəti yarıçılpaq aksiyasını keçirib

FEMEN təşkilatı növbəti yarıçılpaq aksiyasını keçirib

17 İyun 2011 11:01
Bəyəndim (0) Bəyənmədim (0)

Çılpaq aksiyaları ilə tanınan FEMEN təşkilatının aktivistləri avtomobil idarə etmək hüququndan məhrum edilən Səudiyyə Ərəbistanındakı həmkarları üçün aksiya keçiriblər. Təşkilatın 15-ə qədər üzvü Səudiyyə Ərəbistanının Kiyevdəki səfirliyinin binasının önünə toplaşıblar. Onların əsas şüarları isə "Qadınlara maşın, kişilərə dəvə", "Mənə yol ver", "Let's drive", "Wild morals" və sairə olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı qadınların maşın sürmək hüququ olmayan yeganə ölkədir. May ayının 26-da 32 yaşlı Manal əl-Şərif adlı Səudiyyə Ərəbistanlı qadının sükan arxasına oturduğu üçün cəzalandırılmasından sonra bu məsələ dünya ictimaiyyətinin nəzərini cəlb edib. Maşın sürərkən lentə alınan fotosunu internetə qoyduğu üçün bir həftə həbsdə qalan qadın "bir daha maşın sürməyəcəyi və jurnalistlərlə danışmayacağı" barədə söz verdikdən sonra azad edilmişdi.

Yəqin bu qadınlar öz soyunmaqları ilə Səudiyyə Ərəbistanının hökumət nümayəndələrinin könlünü almaq istəyiblər.

Tofiq Əliyev

O.M.