Papua-Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ baş verib

16 İyun 2011 17:37
626
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 16-na keçən gecə Papua-Yeni Qvineyanın tərkibindəki Yeni Britaniya adası sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. ABŞ Geologiya Xidmətinin yaydığı məlumata görə, zəlzələnin ocağı 22 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi yoxdur, lakin zəlzələ nəticəsində iri dalğalar yarana bilər.

Zəlzələ Papua-Yeni Qvineyanı vəlvələyə saldı.

Tofiq Əliyev

O.M.