Liviyalı nazir qaçdı

Liviyalı nazir qaçdı

7 Aprel 2011 13:52
Bəyəndim (0) Bəyənmədim (0)


Liviyalı nazir ölkədən qaçıb.

"Röyter" informasiya agentliyinə istinadən verilən məlumatda, Fəthi Şətvanın bu gecə Misirat şəhərini tərk edərək Maltaya qaçması xəbəri yayılıb.

O, Maltadan siyasi sığınacaq istəyib. Məlumatı Maltanın Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Liviyanın xarici işlər naziri Musa Kusa Böyük Britaniyaya qaçmış və orada siyasi sığınacaq istəmişdi.

O.M.