Magistraturaya ixtisas seçimi başa çatıb

Magistraturaya ixtisas seçimi başa çatıb

16 İyun 2011 12:57
970
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə açıqlamasında bildirib ki, hazırda bakalavrların elektron ərizələrinin statistik təhlili aparılır. İlkin məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak hüququ olan 8000 bakalavrdan 7846-sı internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları təsdiq ediblər. Qeyd edək ki, ali məktəblərin magistraturasına qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək.

"Oxumaq, oxumaq, yenə də oxumaq".

Tofiq Əliyev

O.M.