Bu gün növbəti buraxılış imtahanları keçirilir

Bu gün növbəti buraxılış imtahanları keçirilir

16 İyun 2011 12:43
Bəyəndim (0) Bəyənmədim (0)


Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirilir. İmtahanlar Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək. Qeyd edək ki, son buraxılış imtahanları iyunun 17-si və 18-də Bakıda keçiriləcək.

Kimi biliyinə güvənir, kimi də bəxtinə...

Tofiq Əliyev

O.M.