Narkobaronların yeni zövqü...

Narkobaronların yeni zövqü...

16 İyun 2011 11:48
Bəyəndim (0) Bəyənmədim (0)
İnsanları qladiator üsulu ilə döyüşdürüblər

Meksikada narkotik mafiyalarının qaçırdıqları insanları 200 nəfərlik bir arenada ölənə qədər döyüşdürdükləri ortaya çıxıb. Bu yeni xəbər eşidənləri dəhşətə gətirib.

Belə ki, narkobaronların qaçırdıqları insanları qladiator kimi döyüşdürdükləri xəbəri Meksikanı və dünyanı sarsıdıb. Ölkənin qanun keşikçilərindən əldə olunan bilgiyə görə, tutulan narkotik qaçaqçısı bütün bunları etiraf edib. O, Roma İmperatorluğu dövründəki kimi - mafiya başçılarının 200 nəfərlik bir meydanda insanları ölənə kimi döyüşdürdüklərini və qazanana hədiyyə olaraq düşmən mafiyanın içinə sızması və oradakıları öldürməsi əmri verildiyini söyləyib. San-Fernando şəhərindəki 200 nəfərlik qəbiristanlıqdan çıxarılan meyitlərin baş hissəsində ağır zərbələr olduğu təsdiq olunub. Və çox güman ki, bu zərbələr qladiator döyüşlərinin izidir.

"Ədalət" deyilən məfhum topaldır... Ancaq gec-tez gedəcəyi yerə çatar.

Günel Həbib

O.M.