Yuxu qəzaya səbəb oldu

Yuxu qəzaya səbəb oldu

16 İyun 2011 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Səbail rayonunda ötən gecə yol nəqliyyat hadisəsi baş verib. Qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Məlumata görə, şəhərdən Bayıl qəsəbəsi istiqamətində hərəkət edən və Elnur Ağayevin idarə etdiyi "Tofaş" markalı minik maşını əvvəl yolun əks hərəkət zolağına çıxaraq işıq dirəyinə çırpılaraq onu aşırıb. Daha sonra yolun kənarında dayanan "Qazel" markalı yük maşınına da çırpılan avtomobil özü də aşıb. Qəzaya uğrayan "Tofaş" markalı avtomobildə sürücüdən başqa sərnişinlər olsa da, onlar arasında ciddi xəsarət alan olmayıb. Sürücü isə yol qəzasına səbəb kimi sükan arxasında ani olaraq yuxulamasını göstərib.

Düz deyiblər, yuxu ölümün qardaşıdır.

Tofiq Əliyev

O.M.