Dünən Bakıda bayram konserti və atəşfəşanlıq oldu

Dünən Bakıda bayram konserti və atəşfəşanlıq oldu

16 İyun 2011 10:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış Milli Qurtuluş Günü münasibətilə iyunun 15-də Milli parkda bayram konserti və atəşfəşanlıq təşkil etmişdir. Bir neçə saat davam edən konsertdə şəhərimizin minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər. Milli parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr etmişlər.

Günel Həbib

O.M.