Kişilərin boğazlarına zinət əşyası taxması qadağan olundu

Kişilərin boğazlarına zinət əşyası taxması qadağan olundu

15 İyun 2011 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

İran hökuməti kişilərin boyunlarına zinət əşyaları taxmasını qadağan edən yeni qərar qəbul edib. Bu qadağaya riayət edilməsi üçün 70 min polis başda paytaxt Tehran olmaqla İranın bir sıra şəhərlərində nəzarəti gücləndirəcək. Hökümətin bu qərarı əhalinin bəzi nümayəndələrinin narazılığına səbəb olub. Qeyd edək ki, İran parlamenti bu yaxınlarda itlərin evdə saxlanmasının qadağan edilməsi təklifi ilə çıxış etmişdi. İranlı parlamentarilərin fikrincə, itlər murdar heyvanlardır və onları saxlamaq Qərb adət-ənənəsini körtəbii şəkildə təbliğ etmək deməkdir.

Boğazlarına zinət əşyaları taxanların boğazına ip taxıla bilər.

Tofiq Əliyev

O.M.