Türkiyə NATO əməliyyatlarını ləngidir

Türkiyə NATO əməliyyatlarını ləngidir

7 Aprel 2011 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə NATO-nun Liviyadakı əməliyyatlarını ləngitməkdə günahlandırılıb.

BBC Türkün verdiyi məlumata görə, Liviya üsyançıları yenidən bəyanat yayıblar. Belə ki, onlar Qəddafi qoşunlarının koordinatlarını versələr də, həmin ərazinin bombalanmağına etiraz ediblər.

General Həmid Balher NATO-nun müdaxiləsinə qədər hava hücumlarının intensiv olduğunu, lakin indi bunun azaldığını söyləyib.

Daha sonra o, "Əlimizdə sənədlər var. Türkiyə hücumların azaldılması üçün NATO-ya təzyiq göstərib", - deyə açıqlama verib.

Türkiyə rəsmisi Səlçuq Ünal isə "Biz NATO-nun bir parçasıyıq. Sizə silah embarqosunda və hava müdafiəsində kömək edirik" fikrini söyləyib, "Əgər belə olmasaydı, biz sülh danışıqlarına təşəbbüs göstərməzdik" deyib.

O.M.