Sel suları Ağsuda ciddi problemlər yaradıb

Sel suları Ağsuda ciddi problemlər yaradıb

15 İyun 2011 16:10
1 038
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər yağan güclü leysan və dağlardan gələn sel suları Ağsu rayonunun kəndlərində ciddi problemlər yaradıb. Ötən gün axşam saatlarında sel suları Ağsu çayının Kalva kəndindən keçən hissəsindəki avtomobil körpüsünü dağıdaraq rayon mərkəzi ilə Kalva, Dilman, Xatman, Suraxanı, Hacıman kəndinin əlaqəsini kəsib. Uzunluğu 120 metr olan 6 aşırımlı körpü yararsız hala düşüb. Dağlardan gələn sel suları Ağsunun Ləngəbüd kəndində 400 hektar taxıl sahəsini basıb, evlərə, yardımçı tikililərə ziyan dəyib. Ağsuçay və Girdiman çayında suyun səviyyəsi qalxıb. Sel suları Ağsu çayındakı 150 metr sahil mühafizə bəndini dağıdıb.

Su heç də həmişə özü ilə aydınlıq gətirmir.

Tofiq Əliyev

O.M.