"Facebook" dibə enir

"Facebook" dibə enir

15 İyun 2011 13:58
Bəyəndim (0) Bəyənmədim (0)
Amma onun dəyəri qalxır

Bütün dünyada 700 milyon qeydiyyatdan keçmiş istifadəçisi olan "Facebook"a göz dəydi. Bu sosial şəbəkənin ən çox istifadə edildiyi Amerika, İngiltərə, Kanadada son bir ayda 7.5 milyon insanın səhifəsi bağlanıb. Uzun zamandır görüşməyən dostlarla əlaqə yaratmağa müvəffəq olan "Facebook"un son hesabatında gözlər bərəldi. Çünki gündə yüzlərlə insan bu şəbəkədəki səhifəsini bağlayır. "The Times" qəzeti isə yazır: "İnsanlar o qədər "Facebook"dan istifadə ediblər ki, artıq beziblər".

Amma digər tərəfdən "Facebook"un istifadəçi sayı azalsa da, onun qiymətində o qədər böyük dəyişiklik nəzərə çarpmayıb. Hətta bəzi analitiklər bu sosial şəbəkənin qiymətinin yaxın gələcəkdə 100 milyard dollara kimi yüksələcəyini bildirirlər. Hazırda isə onun 50 milyard dollar dəyəri var.

Zəhmətdən çıxan puldan tər iyi, döyüşdən çıxan puldan qan iyi, xəsisdən çıxan puldan can iyi gəlir!

Günel Həbib

O.M.