Yay gəldi, temperatur yüksəldi
Həftənin sonuna kimi Bakıda və
Abşeron yarımadasında mülayim hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən
məlumata görə, iyunun 16-da paytaxtda və yarımadada az buludlu, yağmursuz hava
gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°
isti, gündüz 28-33°, yarımadanın bəzi yerlərində 35° isti olacaq. Abşeron
çimərliklərində dəniz suyunun temperaturu 23-24° yüksələcək.
İyunun 17-də də az buludlu, əsasən yağmursuz hava
proqnozlaşdırılır. Mülayim şimal, şimal-şərq küləyi axşama doğru arabir
güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti təşkil
edəcək.
Azərbaycanın rayonlarında sabah gün əsasən
yağmursuz keçsədə, axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı,
yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda
gecə 9-14° isti, gündüz 20-25° isti olacaq.
İyunun 17-də gecə və axşam bəzi dağlıq və dağətəyi
rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal
leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz
28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.
Qüssəli adam buludlu hava kimidir, yağıb yağmayacağı bəlli olmaz!
Günel Həbib
O.M.