Fukuşimada qulaqsız dovşan doğuldu

Fukuşimada qulaqsız dovşan doğuldu

15 İyun 2011 11:57
Bəyəndim (0) Bəyənmədim (0)
Fəsadlar özünü göstərməkdədir

Yaponiyada zəlzələ və sunami fəlakəti nəticəsində partlayış baş verən Fukuşima nüvə stansiyasının yaxınlığında, qulaqsız dovşan anadan olub. "Daily Telegraph" qəzetində dərc olunan xəbərə görə, dovşanın sahibi Yuko Sugimoto onun mayın 7-də stansiyanın ətrafında yaradılan təxminən 30 kilometrlik təcrid bölgəsinin xaricində dünyaya gəldiyini söyləyib: "10 ildən çoxdur ki, dovşan saxlayıram, ancaq belə bir şeylə ilk dəfə qarşılaşıram". Dovşanda həmçinin, genetik dəyişiklik nəticəsində yaranan albinizm (ağ tük və qırmızı gözlər) xüsusiyyətləri var.

Bu hadisə ölkədə böyük çaxnaşma və qorxulara səbəb olub.

Qulaqlı olub problemləri eşidib bezməkdənsə, elə qulaqsız olmaq yaxşıdır. Ancaq dovşan kimi qorxaq olmamaq şərtilə...

Tofiq Əliyev

O.M.