Ay bu gecə tutulacaq

Ay bu gecə tutulacaq

15 İyun 2011 10:48
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, ay tutulması Bakı vaxtı ilə 23.22-də başlayacaq və 03.02-də başa çatacaq. Həmin vaxtın 1 saat 40 dəqiqəsi ərzində Ay tamamilə tutulacaq. Bu vaxt Yerin kölgəsi tamamilə Ayın üzərinə düşəcək, Yer Ay ilə Günəşin ortasında olacaq. Ay tutulmasının ildə 3-4 dəfə baş verdiyini deyən Ə. Quliyev bildirib ki, bu proses Azərbaycandan yaxşı müşahidə olunacaq. Ay tutulması insanlarda heç bir narahatlıq yaratmayacaq. Ə. Quliyevin sözlərinə görə, Günəş və Ay tutulması hadisələri ildə 6-7 dəfə baş verir.

Artıq Ay da öz funksiyasını yerinə yetirməkdən imtina edir.

Tofiq Əliyev

O.M.