Tripoliyə aviazərbələr nəticəsində iki obyekt partladılıb

Tripoliyə aviazərbələr nəticəsində iki obyekt partladılıb

15 İyun 2011 10:31
Bəyəndim (0) Bəyənmədim (0)

NATO Liviya paytaxtı Tripoliyə yenidən aviazərbələr endirib. Aviazərbələr nəticəsində azı iki obyekt partladılıb. Zərbələrin Qəddafinin Tripolidəki iqamətgahı, bir sıra hökumət binaları, həmçinin radar qurğuları və hərbi bazalar kimi eyni obyektləri hədəfə aldığı bildirilir. Alyans bazar ertəsi Liviya üzərində 62 aviazərbə endirərək Tripoli və Qəddafinin nəzarəti altında olan digər hərbi hədəfləri məhv edib.

Qeyd edək ki, NATO-nun Liviyadakı hava əməliyyatı Qəddafinin hərbi hava qüvvələrini zərərsizləşdirərək ordusunun hərbi potensialını azaldıb. Lakin əməliyyatın gedişi Transatlantik Alyansda gərginliyə səbəb olub. ABŞ-ın müdafiə naziri Robert Qeyts Birləşmiş Ştatların Avropa müttəfiqlərini qınayaraq bildirib ki, NATO-nun Liviyadakı əməliyyatı alyansın qüsurlarını üzə çıxarıb. Fransa və Böyük Britaniya NATO-nun martın 31-də Liviyadakı əməliyyatı başlayandan bəri əməliyyatla bağlı əsas yükü öz üzərinə götürüb.

NATO hələ də Qəddafinin qəddini bükə bilmir.

Tofiq Əliyev

O.M.