ATGTİ fəalları Türkiyəyə yola düşürlər

ATGTİ fəalları Türkiyəyə yola düşürlər

14 İyun 2011 20:55
1 032
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Oxumeni.az-a verdiyi məlumata görə, bu təşkilatın fəalları Azərbaycanı və ATGTİ-ni beynəlxalq müstəvidə təmsil etməyə davam edirlər. Belə ki, bu yaxınlarda İttifaqın bir qrup üzvü Belarus Respublikasında "Sərhədsiz dostluq" gənclik forumunda ölkəmizi təmsil ediblər. Bu gün-13 iyun 2011-ci il tarixində isə ATGTİ fəalları növbəti dəfə Türkiyəyə yola düşüblər. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Türkiyə-Azərbaycan Gənclik Mübadilə Proqramı" çərçivəsində reallaşan beynəlxalq tədbir 2011-ci il iyunun 19-dək davam edəcək. Tədbirdə Azərbaycanı paytaxtın müxtəlif ali təhsil müəssisələrindən 30 tələbə təmsil edəcək. Tədbir ərzində iştirakçılar İstanbul, Bursa və Çanaqqala şəhərlərinə səyahət edəcək, həmin şəhərlərin tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Məlumat üçün bildirək ki, yaxın vaxtlarda ATGTİ fəalları Tacikistanda keçiriləcək beynəlxalq tədbirdə də iştirak etmək üçün Düşənbəyə yollanacaqlar. Bu günə qədər İttifaqın nümayəndələri Meksika, Almaniya, İngiltərə, Gürcüstan, Rusiya, Ukrayna, Moldova və digər ölkələrdə mötəbər tədbirlərdə iştirak edərək, ölkəmizi layiqincə təmsil etmişlər.

Gənclər cəmiyyətin gələcəyidir. Parlaq gələcəyimizi bu gündən tanıtmalıyıq...

Hafiz Əhmədov

O.M.