Paytaxta 200 sərnişin avtobusu gətiriləcək

Paytaxta 200 sərnişin avtobusu gətiriləcək

14 İyun 2011 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, yaxın vaxtlarda Bakıya Cənubi Koreyanın DAEWOO şirkətinin istehsalı olan daha 200 sərnişin avtobusu gətiriləcək.

Onun fikrincə, yeni avtobus partiyasının gətirilməsi ilə Bakıda sərnişin nəqliyyatındakı tələbat təmin olunacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-apreldə respublikaya 212 ədəd avtobus idxal olunub ki, bu da 2010-cu ilin analoji dövründəkindən 26,9 faiz azdır. Bu dövrdə 9,84 milyon dollara yaxın məbləğdə avtobus idxal olunub ki, bu da ötən ilin analoji göstəricisindən 34,2 faiz azdır.

Sərnişinlərin rahatlığını təmin etmək üçün sürücüləri də mütləq dəyişmək lazımdır.

Tofiq Əliyev

O.M.