İstanbulu su basıb

İstanbulu su basıb

14 İyun 2011 17:06
682
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İstanbul şəhərində gözlənilmədən leysan yağışın yağması nəticəsində yolları su basıb. Xüsusilə İstanbulun Avropa hissəsində güclü olan yağışa sakinlər hazırlıqsız olublar. Şəhərin bəzi yollarında kanalizasiya borularının tutulması ətrafda gölməçələrin yaranmasına səbəb olub. Nəqliyyatın işində də çətinliklər yaranıb. Bir çox ev və iş yerlərini su basıb.

Su bu dəfə aydınlıq gətirmədi.

Tofiq Əliyev

O.M.