Milli Qurtuluş Günü münasibətilə "dəyirmi masa" keçirilib

Milli Qurtuluş Günü münasibətilə "dəyirmi masa" keçirilib

14 İyun 2011 16:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda Atatürk Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Milli Qurtuluş Günü münasibətilə "Heydər Əliyev və türk dövlətçiliyi" mövzusunda "dəyirmi masa" keçirilib.

TUMİB-in sədri Çingiz Bayramov Azərbaycan ilə Türkiyə arasında əlaqələrdən danışaraq mədəniyyət, incəsənət və folklorumuz barədə ətraflı məlumat verib.

Hər iki ölkənin dövlətçilik tarixindən söhbət açan Ç.Bayramov Azərbaycan və türk xalqlarının iki dahi şəxsiyyəti - ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün böyük xidmətləri haqqında da məlumat verib. Birliyin sədri vurğulayıb ki, 1993-cü ildə çətin bir dövrdə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev ölkəmizi vətəndaş qırğınından, xaos və iğtişaşlardan xilas edib.

"Bizim Nəsil" Gənclər Təşkilatının sədri Nurəddin Mehdiyev, Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Halıs Koyuncuoğlu və başqaları da Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrindən, ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xalqlarımızın xilası uğrunda mübarizədə əldə etdikləri nailiyyətlərdən danışıblar.

Tədbirdə ümummilli lider Heydər Əliyevin istər Sovet dönəmində Azərbaycana rəhbərliyi zamanı, istərsə də ikinci dəfə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra xalqımız və dövlətçiliyimiz qarşısındakı böyük xidmətləri vurğulanıb. Qeyd olunub ki, ulu öndərin təməlini qoyduğu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində ölkəmiz gündən-günə daha sürətlə inkişaf edir.

Gəlin heç olmasa Milli qurtuluş günü şəxsi ambisiyalarından qurtularaq prezidentimizin ətrafında sız birləşək!

Könül Aypara

O.M.