Üst-üstə yığılmış maşınların təhlükəli yolçuluğu

Üst-üstə yığılmış maşınların təhlükəli yolçuluğu

14 İyun 2011 16:14
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Sakarya əyalətində üst-üstə şosedə irəliləyən avtomobillər görənləri heyrətə gətirib. Bir kamazın üstünə daha iki kamaz yerləşdirilib, şose yolda hərəkətə gətirilib. Təbii ki, bu qeyri-adi mənzərəni seyr edənlər də heyrətlərini gizlədə bilmədilər. Bütün bunları qıraqdan seyr edən polis də dərhal yerindən sıçrayıb, sürücünün vəsiqələrini gözdən keçirib. Və təbii ki, onun barəsində lazımi tədbirlər həyata keçirilib. Onu da xatırladaq ki, "üçlü" maşının şəkilləri və videosu vətəndaşlar tərəfindən lentə alınıb.

Bəlkə də bu əməliyyatdan 9 ay sonra yeni bir maşın dünyaya gəldi.

Günel Həbib

O.M.