Xakerlər ABŞ senatının saytını darmadağın ediblər

Xakerlər ABŞ senatının saytını darmadağın ediblər

14 İyun 2011 15:40
870
Bəyəndim (0) Bəyənmədim (0)

Özünü "Luiz Securitu" adlandıran xaker qrupu bəyan edib ki, ABŞ Senatının veb-portalının daxili şəbəkəsini dağıdıb. Bu barədə xakerlər öz saytlarında məlumat yayıblar. "Reuters" agentliyinin sorğuya cəlb etdiyi ekspertlərin rəyinə görə, kiberdələduzlar həqiqətən "Senate.gov" saytını dağıdıblar. Lakin xakerlərin əldə etdikləri fayllar barədə hələlik fikir söyləmək çətindir. ABŞ-ın hakimiyyət orqanlarının rəsmi təmsilçiləri bəyan ediblər ki, insident faktı üzrə təhqiqat aparılacaq.

Xatırladaq ki, "Luiz Securitu"nun xakerləri iyunun 3-də "Sony" şirkətinin saytına da hücum etmişdilər. Onlar 1 milyondan çox istifadəçinin şəxsi məlumatını ələ keçirmişdilər.

Kiberdələduzları kiberbarmaqlıqlar gözləyir.

Könül Aypara

O.M.