Portuqaliya da diz çökdü

Portuqaliya da diz çökdü

7 Aprel 2011 13:12
825
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliya da iqtisadi böhrana diz çöküb. Ölkə iqtisadiyyatının xarici borcları günü gündən çoxalır.

Yunanıstandan sonra Portuqaliya da Avropa Birliyindən yardım istəyib.

Baş Nazir Xose Sokrates iqtisadi böhrandan tək çıxış yolunu Avropa ölkələrindən yardım almaqda görüb.

O, ölkəsinin 80 milyon avroya ehtiyacı olduğunu bildirib. Avropa Birliyinin rəsmisi Joze Manuel Barosso Lissabonun çağırışına ən qısa zamanda cavab veriləcəyinə söz verib.

O.M.