Bakı Neft Emalı Zavodunda yanğın

Bakı Neft Emalı Zavodunda yanğın

14 İyun 2011 13:30
798
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yanğın hadisəsi qeydə alınıb. Yanğın müəssisənin 2 saylı sexinin 21 saylı qurğusunda (ELOU-AVT) aparılan təmir işləri zamanı baş verib. Yanğına səbəb havaların isti keçməsi olub. Qısa müddətdə ani alovlanma baş verib, lakin az sonra yanğın söndürülüb. Yanğın zamanı 2 nəfər xəsarət alıb, onlardan birinə yerində dərhal tibbi yardım göstərilib, digəri isə xəstəxanaya çatdırılıb və vəziyyəti orta ağır kimi qiymətləndirilir. Yanğın zavodun istehsalat prosesinə heç bir təsir göstərməyib.

İsti hamını və hər şeyi yandırır.

Tofiq Əliyev

O.M.