Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

14 İyun 2011 11:12
921
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 12-17° isti, gündüz 28-33° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 12-17° isti, gündüz 23-28° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı ehtimalı var. Havanın temperaturu gecə 16-21° isti, gündüz 26-31° isti təşkil edəcək, dağlarda gecə 12-16° isti, gündüz 20-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoz: yaxın 3 gün ərzində Abşeron yarımadasında iyun ayı üçün səciyyəvi olan temperatur şəraiti və digər biometeoroloji amillərin mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.


Hər zaman xoş havadan xəbər vermək ümidi ilə...

Günel Həbib

O.M.