SON DƏQİQƏ!!! Şəkidə yanğın var!

SON DƏQİQƏ!!! Şəkidə yanğın var!

29 Avqust 2014 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə hissəsindən verilən məlumata görə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Şəkinin Oxut kəndi ərazisindən keçən hissəsində ötən gün günorta saatlarından naməlum səbəbdən yanğın başlayıb. Yanğının yüksək dağlıq ərazidə olması səbəbindən texnikadan istifadə etməyin mümkünsüzlüyünü nəzərə alaraq əraziyə FHN-in Şəki rayon DYMH-nin canlı qüvvəsi, Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğın davam edir, əraziyə cəlb edilmiş canlı qüvvənin səyi nəticəsində yanğının məhdudlaşdırılması istiqamətində iş gedir.

Mediainfo.az