ABŞ-da itən azərbaycanlı qızdan xəbər var

ABŞ-da itən azərbaycanlı qızdan xəbər var

28 Avqust 2014 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın ABŞ-dakı səfirliyi bir müddət əvvəl Azərbaycan vətəndaşı Evelin Vəlibəyovanın itkin düşməsi və onun tapılması istiqamətində aparılan işləri diqqət mərkəzində saxlayır.

ANS-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev keçirdiyi brifinqdə açıqlama verib.

"Artıq Evelin Vəlibəyovanın itkin düşməsi ilə bağlı Massaçusets ştatında cinayət işi açılıb və şübhəli şəxs saxlanılıb. ABŞ-dakı səfirliyimiz də Vəlibəyova ilə bağlı cinayət işinin araşdırılmasına nəzarət edir. Səfirliyimiz cinayət işini araşdıran prokurorla mütəmadi danışıqlar aparır. Azərbaycan ölkə daxilində və xaricdə yaşayan Azərbaycan vətəndaşlarını qorumağa çalışıb və çalışacaq", - deyə Elman Abdullayev bildirib.

Qeyd edək ki, 2011-ci ildə ABŞ-ın Massaçusets ştatında Azərbaycan vətəndaşı, bir neçə ildir bu ölkədə yaşayan və işləyən 23 yaşlı Evelin Vəlibəyova itkin düşüb. ABŞ mətbuatında yazılanlara görə, Vəlibəyova 52 yaşlı seksual manyak tərəfindən qətlə yetirilib. Lakin bu günə qədər cinayətin üstü açılmayıb və qızın cəsədi tapılmayıb.

Mediainfo.az