Şəmkirdə dəhşətli qəza: 2 qadın öldü

Şəmkirdə dəhşətli qəza: 2 qadın öldü

28 Avqust 2014 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.

1986-cı il təvəllüdlü rayon sakini Seyidov Namiq İlqar oğlunun idarə etdiyi avtomobil yolun kənarında olan beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 1961-ci il təvəllüdlü Cabbarova Rübabə Əli qızı və 1964-cü il təvəllüdlü Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az