ASALA-nın hədəfində olan attaşenin cəsədi tapıldı

ASALA-nın hədəfində olan attaşenin cəsədi tapıldı

14 İyun 2011 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatının yaydığı xəbərə görə, İzmir vilayətinin Çeşmə rayonundakı evin həyətində ölkədə istefada olan attaşe Mustafa Özbabacan və onun həyat yoldaşı Sibel Özbabacanın cəsədi aşkarlanıb. Onların hansı şəraitdə öldüyü bilinməsə də ölümün Özbabacana aid rəsmi silah vasitəsilə baş verdiyi müəyyənləşib. Qeyd edək ki, hüquq-mühafizə orqanları hal-hazırda intihar ehtimalını araşdırır.

Xatırladaq ki, 77 yaşlı Mustafa Özbabacan Türkiyənin Beyrutda attaşesi olduğu vaxt erməni terror təşkilatı ASALA-nın hədəfində olmuşdu. Belə ki, 1977-ci ildə Mustafa Özbabacanın xidməti avtomobili Beyrutda ASALA tərəfindən partladılsa da, attaşe bu hücumdan xəsarət almadan xilas olmuşdu.

Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər. (Jemçuynikov, yazıçı)

Tofiq Əliyev

O.M.