İstanbuldakı göydələnlər söküləcək!

İstanbuldakı göydələnlər söküləcək!

28 Avqust 2014 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin ən yüksək inzibati məhkəməsi şəhərin Avropa hissəsində yerləşən İstanbulun tarixi ərazisi hesab edilən Zeytinburnu rayonunda göydələnlərin sökülməsi haqqında qərar qəbul edib.
Hakimlər hesab edirlər ki, bu binalar paytaxtın mərkəzinin görünüşünü korlayır. İstanbulun tarixi görünüşünü saxlamaq üçün, Bosforun əks sahilində qədim Süleymani məscidinin arxasında olan üç 37, 32 və 27 mərtəbəli binalar söküləcək. Hələ 2011-ci ildə göydələnlərin tikintisinin mərhələsində vətəndaşlar narazılıq etmişdilər.
İnsanlar piketlər keçirirdi, mətbuatda səs-küylü və qalmaqallı məqalələr dərc edilirdi. Bütün səylərə baxmayaraq binalar tikildi, mənzillər isə müvəffəqiyyətlə satılıb. Mənzillərin sahibləri məhkəmənin qərarı ilə razılaşmalı olacaqlar, onlara ayrı məkanlarda evlərin verilməsi isə hələ ki, sual altında dayanıb.

Mediainfo.az