“Mamaroza”nın cəzası yüngülləşdirildi

“Mamaroza”nın cəzası yüngülləşdirildi

27 Avqust 2014 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apelyasiya Məhkəməsində evində əxlaqsızlıq yuvası təşkil edən Kəmalə Məmmədzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadə tutulub. Onun gəlir əldə etmək məqsədi ilə Xətai rayonunda yaşadığı evində əxlaqsızlıq yuvaları təşkil etməsi müəyyən edilib.

Kəmalə Məmmədzadə Cinayət Məcəlləsinin 243.1-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, şantajla, əmlakı məhv etməklə və ya zədələməklə, yaxud aldatmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) və 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham olunub.

Kəmalə Məmmədzadə Xətai rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Kəmalə Məmmədzadə apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəzanın təyin edilməsini xahiş edib.

Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Kəmalə Məmmədzadənin cəzası 1 il 6 aya endirilib.

Mediainfo.az