10000 manatlıq bar qızı?

10000 manatlıq bar qızı?

27 Avqust 2014 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Əmisi oğlunun evindən 200 min manatı oğurlayıb bara getdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1987-ci il təvəllüdlü Ümid Ramazanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Məlumata görə, bu ilin avqustun 19-da Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Qabil Ramazanovun evindən 200 min manat oğurlanıb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində oğrunun Qabil Ramazanovun qohumu olduğu üzə çıxıb. Ev sahibi Qabil Ramazanovun əmisi oğlu Ümid Ramazanov avqustun 19-da ailənin evdə olmamasından istifadə edərək, evə girib və 200 min manat pulu götürüb. Ümidin əvvəlcədən ailəyə gediş-gəlişi olduğu və bu səbəbdən də pulun harada saxlanıldığını bildiyi üçün oğurluq ona heç bir çətinlik yaratmayıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Ümid Ramazanov ifadə verib. O, bildirib ki, oğurladığı pulun 80 min manatını xərcləyib. O, pulun 10 min manatının hadisə baş verən günü görüşdüyü qız tərəfindən oğurlandığını deyib. Ümid ifadəsində həmin qızı tanımadığını deyib. Həmin gecə bara getdiyini deyən Ümid gecəni burada tanış olduğu qızla keçirib və oyananda otel otağında yalnız və pulsuz olduğunu görüb.

Ev sahibi Qabil Ramazanov Saray qəsəbəsində "Pəhləvanlar" adlı kafe işlədir. Onlar 7 qardaşdırlar və qardaşların hamısı tanınmış pəhləvanlardır.

Mediainfo.az