Suraxanıda ağır qəza

Suraxanıda ağır qəza

27 Avqust 2014 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ağır yol qəzası baş verib. FHN saytın;n verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol ayrıcı metal çəpər konstruksiyasına çırpılıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, bir nəfər xəsarət alıb, bir nəfər isə hadisə yerində vəfat edərək avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və cəsədi avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mediainfo.az