Azərbaycana 600 psixotrop həbin gətirilməsi aşkarlanıb

Azərbaycana 600 psixotrop həbin gətirilməsi aşkarlanıb

26 Avqust 2014 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Təbriz-Bakı aviareysi ilə Hey­dər Əliyev Beynəlxalq Ha­va Limanına daxil olan Azər­­baycan vətəndaşı Rasim Quli­ye­və məxsus baqaj rent­gen apa­ratından keçərkən mo­ni­tor­da dərman preparat­larının təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib.

R.Quliyevə məxsus çantadan 2 ədəd üzərində "100 Scored Tablets CLONAZEPAM-SOBHAN 1 mg", 4 ədəd üzərində "100 Sugar Coated Tablets CHLORDİAZEPOXİDE 5" sözləri və rəqəmləri yazılmış dərman qutuları aşkar edilib. Dərman qutularının hər birinə ayrı-ayrılıqda keçirilən baxış zamanı isə üzərində "100 Scored Tablets CLONAZEPAM-SOBHAN 1mg" yazılmış qutuların hər birində 5 kon­val­yut olmaqla, cəmi 10 konvalyutda 200 ədəd yaşıl rəngli həb, üzərində "100 Sugar Coated Tablets CHLORDİAZEPOXİDE 5" yazılmış qutuların hər birində isə 5 konvalyut olmaqla, cəmi 20 konvalyutda 400 ədəd mavi rəngli həb aşkar olunaraq götürülüb. Ədliyyə Nazirliyi Məhkəmə Eks­pertiza Mərkəzinin rəyinə əsasən, tədqiqata təqdim olunmuş 200 ədəd yaşıl rəngli həb - "Clonazepam-Sobhan 1 mq" adlı dərman prepa­ra­tıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. 400 ədəd mavi rəngli həb də "Chlordiazepoxide 5 mq" adlı dərman preparatı olub və təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir.

Xatırladaq ki, sözügedən dərman preparatları "Azərbaycan Respubli­kası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir.

Mediainfo.az