İsrail Fələstini yenə də bombaladı

İsrail Fələstini yenə də bombaladı

26 Avqust 2014 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail hərbi təyyarələri Fələstin parlamentinin binasını, Qəzzada iki dövlət məktəbi və 14 mərtəbəli binaya aviazərbə endiriblər.

APA - nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudranın dediyinə görə, iyulun 7-dən etibarən İsrail ordusunun Qəzzaya hücumu nəticəsində 2135 nəfər ölüb, 10198 nəfər yaralanıb. Ölənlərdən 578 nəfər uşaq, 261 nəfər qadın, 102 nəfər isə qoca olub. Ötən gecə ərzində İsrail hərbi təyyarələrinin Qəzzaya 60-dan çox hava zərbəsi endirdiyi bildirilir.

Mediainfo.az