Yol qəzasına düşən təhsil işçisi dünyasını dəyişdi

Yol qəzasına düşən təhsil işçisi dünyasını dəyişdi

25 Avqust 2014 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gün öncə Sabirabad rayonunun Qaragüney kəndi ərazisində "Toyota-Prado" və VAZ 21014 markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölmüş, 5 nəfər yaralanmışdı.

Modern.az-ın məlumatına görə, həmin hadisədə ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilən yaralılardan biri – Cəbrayıl rayon Təhsil şöbəsinin kadrlar üzrə məsləhətçisi Allahverdi Səmədov da dünyasını dəyişib. Mərhum uzun illər idi ki, rayon Təhsil şöbəsinin tanınmış əməkdaşıydı.

Qeyd edək ki, qəzada yaralananlardan biri onun qardaşıdır.

Mediainfo.az