Avtomobil ağaca çırpılıb, sürücü ölüb

Avtomobil ağaca çırpılıb, sürücü ölüb

25 Avqust 2014 14:18
460
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə Bakı yolunun 5-ci km-də qeydə alınıb. Göyçay rayon sakini, 59 yaşlı Seylan Bəkirov idarə etdiyi "VAZ-21099" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və maşını yol kənarındakı ağaca çırpıb. Qəza zamanı sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Qəzaya səbəb kimi yüksək sürət göstərilir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az