Vətəndaşdan silah-sursat götürülüb

Vətəndaşdan silah-sursat götürülüb

25 Avqust 2014 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı sakinindən silah-sursat götürülüb. Apa-nın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Emin İsgəndərov və Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov saxlanılıb.

A.Süleymanovdan nömrəsi silinmiş "AKMS" markalı silah, 55 ədəd patron və RPK pulemyotu üçün nəzərdə tutulmuş disk götürülüb.

Mediainfo.az